SİZİN REKLAM BURADA!
055 213 76 73


“Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin komandanın qapıçısı Andrey Lunyovla barədə sualını cavablandırarkən deyib.

- Andrey Lunyov barəsində son günlər mətbuatda yazılar çoxdur. Onunla bağlı durum necədir?

- Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır.

Xatırladaq ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Səbail"i 4:2 hesabı ilə məğlub edib.//“Qafqazinfo”

BAKU.WS