SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.

O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala adını yazdırıb.

Buna qədər 57 kq çəki dərəcəsində yer alan Əliabbas Rzazadə 1/4 finalda türkiyəli Süleyman Atlı ilə qarşılaşıb. Rəqibi üzərində 6:0 hesablı qələbə qazanan 26 yaşlı idmançı yarımfinala yüksəlib. Rzazadə bu raundda şimali makedoniyalı Vladimir Yeqorovla üz-üzə gələcək.

Eyni zamanda 86 kq çəki dərəcəsində yer alan Osman Nurmaqomedov 1/8 final mərhələsində isveçrəli Samuel Şerrerlə üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurmaqomedov 1/4 finala yüksəlib.

Turan Bayramov da rumıniyalı Zurab Kaprayevə 5:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***12:46

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramov 1/4 finalda Rumıniya idmançısı Zurab Karpayevlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.

***11:50

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

“Report” xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Avropa çempionu təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə qarşılaşıb.

Rəqibi üzərində 11:0 hesablı inamlı qələbə qazanan 26 yaşlı idmançı 1/4 finala yüksəlib. Rzazadə bu raundda türkiyəli Süleyman Atlı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıb.

BAKU.WS
QALEREYA