Azərbaycan Kuboku: "Neftçi" bu gün "Qarabağ"ı qəbul edəcək
02
apr
2024
09:11
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
BAKU.WS xəbər verir ki, ilk olaraq "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
"Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.
"Köhlən atlar" ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, "Neftçi" isə axırıncı 3 oyunda qol vurmayıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...