SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" klubunun gənc ulduzu Arda Güler transfer xəbərləri ilə gündəmə gəlməyə dava edir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, iki ispan klubu Ardaya elçi düşüb.

La Liqa komandaları "Las Palmas" və "Hetafe" Ardanı gələn mövsüm icarə əsasında heyətinə qatmaq istəyir.

Ancaq Arda Gülerin avrokuboklarda oynamayan klubları istəməməsi hər iki klubun şansını azaldır.

Bildirilir ki, "Real Madrid" Ardanı başqa bir ispan klubuna göndərməkdə məqsədi ölkəyə uyğunlaşma prosesinin kəsilməməsini təmin etməkdir.

Ancaq Avropada bir ispan klubu Ardanı transfer etmək istəməsə, rəhbərlik kənar variantları da gözdən keçirəcək.

Xatırladaq ki, Türkiyə millisinin 19 yaşlı üzvü ötən il "Fənərbağça"dan Madrid klubuna transfer olub.

BAKU.WS