"Atletiko" kapitanı ilə müqavilənin müddətini uzadıb
25
mar
2024
23:54
İspaniyanın "Atletiko" klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.
"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...