SİZİN REKLAM BURADA!
055 213 76 73


Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, daha bir idmançımız bürünc mükafat əldə edib.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian Limaya məğlub olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə qoşulan digər altı cüdoçu medalsız qalıb.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

***17:52

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.

Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.

***11:21

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

BAKU.WS Report-a istnadən xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu mübarizə aparacaq.

Onlardan 4-ü qadın, 4-ü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) - Katarina Tanzer (Avstriya)

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) - Leonye Qonsales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi

1/32 final: Acelya Toprak (57 kq) - Nino Loladze (Gürcüstan)

1/16 final: Fidan Əlizadə - İrina Zueva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi

1/16 final: Turan Bayramov (60 kq) - Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi

1/16 final: Balabəy Ağayev (60 kq) - Vicay Kumar Yadav (Hindistan)

1/32 final: Ruslan Paşayev (66 kq) - Qiqi Otyaşvili (Gürcüstan)

1/16 final: Rəşad Yelkiyev (66 kq) - Olu Kubaniçbek Aybek (Qırğızıstan)

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi 9 çəki dərəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

BAKU.WS