“Neftçi”dən futbolçuların klubdan ayrılacağı iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

“Neftçi”dən futbolçuların klubdan ayrılacağı iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
İdman 1

Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır.

BAKU.WS xəbər verir ki, “Neftçi” Peşəkar Futbol Klubu bu barədə açıqlama yayıb.

Bildirilib ki, yayılan bu xəbərlər şayiədən ibarətdir və həqiqəti əks etdirmir.

“Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq”, - deyə məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər