SİZİN REKLAM BURADA!
055 213 76 73


AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlür futboldan uzaqlaşdırıb.

BAKU.WS xəbər verir ki, onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

BAKU.WS