SİZİN REKLAM BURADA!
055 213 76 73


"Aydın məsələdir ki, "Bayer" güclüdür. Əgər "Qarabağ" bu oyunda qalib gəlsəydi, heç kim təəccüblənməyəcəkdi. Onlar rəqibdən heç nə ilə geri qalmırdılar. "Bayer"ə qarşı səfərdə 10 nəfərlə oynamaq - ölümə bərabərdir. Aydındır ki, onlar ilk qolu vurduqları üçün çox sevinirdilər. Əlavə vaxta əlavə edilmiş 6 dəqiqə müqabilində 8 dəqiqə oynatmaq isə anlaşılmazdır. "Bayer"in ikinci qolundan sonra futbolçular sevinirdi. Buna görə müəyyən qədər vaxt getdi və baş hakim əlavə vaxtda daha dəqiqə yarım futbolçuları oynatdı. Mənə görə bu ədalətsizlikdir. Axı "Bayer"in oyunçuları sevinmişdilər", - deyə "Bayer"in qolkiperi Andrey Lunyovun agenti Anton Smirnov öz telegram kanalında yazıb. 

BAKU.WS xəbər verir ki, Smirnov "Qarabağ"ın sensasiyaya imza atmağa çox yaxın olduğunu yazıb: "Hesab etmirəm ki, bu gün üçün "Liverpul" və ya hər hansı başqa bir klub "Bayer"dən güclüdür.

Qeyd edək ki, ötən gecə Avropa Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ" 2:3 hesabı ilə uduzub. İki görüşün nəticəsinə görə 5:4 hesablı qələbə qazanan "Bayer" 1/4 finala vəsiqə qazanıb. 

BAKU.WS