"Qarabağ"ın qapıçısının agenti onun Bundesliqa klubuna qayıtmaq ehtimalından danışıb
"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov oyunçunun Almaniyanın "Bayer 04" klubuna qayıtmaq ehtimalı barədə danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlama verib.
Smirnov Leverkuzendə Lunyovu unutmadıqlarını bildirib:
"Klubun idman direktoru Simon Rolfes onun haqqında soruşur, mən qapıçının seyvlərinin bəzilərini göndərirəm. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Onun "Qarabağ"la müqaviləsi var. İndi hansısa təklifdən danışmaq düzgün deyil".
Agent "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində "Bayer 04" ilə üz-üzə gələcəyini xatırladıb: "Onların səfərdə necə oynayacağını görmək maraqlı olacaq.
Qrup liderinə və üstəlik Lunyovun keçmiş komandasına qarşı çıxış edəcəklər. Leverkuzen klubu bu mövsüm inanılmaz nəticələr göstərir. Çoxlu qollar vurular. "Bayer 04" ilə oyun əsl sınaq olacaq".
Qeyd edək ki, 2021-ci ildən "Bayer 04"də çıxış edən Andrey Lunyov avqustda "Qarabağ"a keçib.
Oxşar xəbərlər
“Qarabağ”ın qalmaqallı yeni qapıçısı: Son iki ildə üç oyun keçirib
“Qarabağ”ın “Bayer”dən (Leverkuzen, Almaniya) ayrıldıqdan sonra heyətinə qatdığı Andrey Lunyovun karyerası daha çox ölkəsi Rusiya ilə bağlıdır. BAKU.WS oxu.az-a...