Superkubok matçının bilet gəlirləri zəlzələdən zərər çəkənlərə bağışlanacaq

Superkubok matçının bilet gəlirləri zəlzələdən zərər çəkənlərə bağışlanacaq
İdman 6

"Qalatasaray" - "Fənərbağça" Superkubok matçının bilet gəlirləri zəlzələ qurbanlarına bağışlanacaq.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

"Türkiyə Futbol Federasiyası və iki klubun birgə qərarı ilə bilet gəlirləri fevralın 6-da baş verən zəlzələdən zərər çəkmiş insanların xeyrinə bağışlanacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Superkubok finalı aprelin 7-də Şanlıurfada "Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək. Matç yerli vaxtla saat 21.30-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər