Superkubok matçının bilet gəlirləri zəlzələdən zərər çəkənlərə bağışlanacaq
12
mar
2024
14:48
"Qalatasaray" - "Fənərbağça" Superkubok matçının bilet gəlirləri zəlzələ qurbanlarına bağışlanacaq.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
"Türkiyə Futbol Federasiyası və iki klubun birgə qərarı ilə bilet gəlirləri fevralın 6-da baş verən zəlzələdən zərər çəkmiş insanların xeyrinə bağışlanacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Superkubok finalı aprelin 7-də Şanlıurfada "Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək. Matç yerli vaxtla saat 21.30-da başlayacaq.
Oxşar xəbərlər
Türkiyə Superkubokunun Xankəndidə keçirilməsi mümkündür? - AFFA-dan açıqlama
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun “Qalatasaray” – “Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində...