Ronaldo karyerasını nə vaxt başa vuracaq? - Corcina AÇIQLADI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes futbolçunun karyerası barədə danışıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Paris Moda Həftəsinin tədbirinə qatılarkən deyib.
"Bəlkə bir il daha oynayar. Bundan sonra karyerasını başa vuracaq. Amma bəlkə iki il də oynaya bilər. Mən dəqiq bilmirəm", - Corcina bildirib.
Qeyd edək ki, Ronaldo peşəkar futbolçu karyerasına "Sportinq"də başlayıb. O, "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da forma geyinib.
Ulduz futbolçu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir.
Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 29 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.
Hücumçu beş dəfə "Qızıl top"u qazanıb.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...