Montelladan Arda Gülər açıqlaması: “Çox az oynayır”

Montelladan Arda Gülər açıqlaması: “Çox az oynayır”
İdman 1

Türkiyədə futbol üzrə milli komandanın baş məşqçisi Vinçenzo Montella Türkiyə Futbol Federasiyasının sponsorluq müqaviləsi üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, "Real Madrid"də oynamaq şansı çox az olan Arda Gülərin vəziyyətini və millidəki gələcəyini dəyərləndirib:

"Arda Güləri ziyarət etdik. Bəli, çox az oynayır. Ümid edirəm ki, bundan sonra daha çox oynayır. O, çox istedadlı futbolçudur.

Onu çox yaxından izləyirik. EURO-24-ə 20+3 oyunçu dəvət edəcəyik. Fiziki cəhətdən yaxşı olanları və daha çox oyun dəqiqəsi əldə edənləri oynayanları çağıracağıq”.

Son xəbərlər