SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda davam edən futbol üzrə Azərbaycan premyer liqası çərçivəsində oynanılan "Qəbələ" - "Qarabağ" matçında rəqib komandanın hücumçusu Olavia Juninyo zədələnib.

BAKU.WS xəbər verir ki, futbolçu oyuna davam edə bilməyərək matçın 40-cı dəqiqəsində əvəzlənməsini istəyib.

Juninyo Leandro Andrade ilə əvəzlənib. Futbolçunun zədəsinin nə dərəcə ciddi olmasına yaxın vaxtlarda aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" "Bayer" matçları martın 7-də Bakıda, 14-də Leverkuzendə baş tutacaq.

Cavid Babayev
BAKU.WS