"İnter Mayami" Luis Suaresin karyerasında sonuncu klub olacaq
ABŞ təmsilçisi "İnter Mayami" uruqvaylı hücumçu Luis Suaresin karyerasında sonuncu klub olacaq.
"Report" xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu açıqlama verib.
"İnter Mayami" karyeramdakı sonuncu klub olacaq. Ailəm artıq bu barədə məlumatlıdır. Hələlik tarix deyə bilmərəm, amma bu son addımdır.
Son sınağıma hazıram. Bu haqda danışıram və ağlamaq istəyirəm. Çünki mən beləyəm, buna hazırlaşmalıyam. Keçmiş oyunçulardan biri mənə dedi ki, futbolçular heç vaxt karyeralarını bitirməyə hazır olmurlar” – forvard bildirib.
Luis Suares 2023-cü ilin dekabrında "İnter Mayami"yə keçib. Onun klubla 2024-cü ilin sonuna qədər müqaviləsi var.
37 yaşlı hücumçu əvvəllər “Qremio”, “Atletiko”, “Barselona”, “Ayaks”, “Liverpul”, “Nasyonal” və digər komandalarda çıxış edib. O, beşqat İspaniya çempionu, ikiqat Uruqvay çempionu və Hollandiya çempionatının qalibidir.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...