SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlərin adı açıqlanıb.

Bu mükafata 4 futbolçu iddia edir.

Namizədlər arasında "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirin də adı var. 

Zubir "Braqa"nın 4:2 hesabı ilə məğlub olduğu qarşılaşmada "Qarabağ"ın 2 qolunu vurub və bir məhsuldar ötürmə iedib.

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu UEFA-nın azarkeşlər arasında apardığı səsvermə nəticəsində bəlli olacaq.

BAKU.WS