"Qarabağ" Portuqaliyada "Braqa"nın qonağı olacaq
15
fev
2024
09:15
"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi Portuqaliyada "Braqa"nın qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral
00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, "Estadio Municipal de Braga".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...