SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın futbolçusu Mauro İkardi üsyan edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu "Samsunspor"la son matçda ona qarşı edilən müdaxiləyə görə penalti verilməməsinə sərt reaksiya verib.

İkardi meydanda yaşadığı problemi baş məşqçi Okan Burukla bölüşüb.

"Demək olar ki, hər matçda eyni şeyi yaşayıram. Bunu başa düşə bilmirəm. Mənə qarşı kobud oynamaq yəqin ki sərbəstdir. Bu qədər də olmaz. Hər matçda verilməyən ən azı bir penalti var, amma bunu nə hakimlər görür, nə də VAR. Hakimlər mənə qarşı xoşniyyətli deyillər".

BAKU.WS