SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstan kubokunun 16-cı turunun ilk oyununda Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" klubu doğma meydanda "Olimpiakos"la 1:1 hesablı heç-heçə edib.

BAKU.WS xəbər verir ki, klublar arasında cavab qarşılaşması yanvarın 17-də "Olimpiakos"un ev sahibliyi ilə baş tuatacaq.

Apostolos Nikolaidis stadionunda keçirilən qarşılaşmada "Olimpiakos" 45-ci dəqiqədə Sotirios Aleksandropulosun qolu ilə (1-0) önə çıxıab.

"Panatinaikos" bu qola 65-ci dəqiqədə Fotis İoannidislə cavab verib və matç 1:1 hesabı ilə yekunlaşıb.

Matçdan sonra "Panatinaikos"un baş məşqçisi Fatih Terim bildirib ki, "Fənərbaxça"dan Samet Akaydının transferi üzərində danışıqlar aparılır:

"Heyətdə çatışmazlıqlar var. Prezident və rəhbərlik çatışmazlıqlarımızı tamamlamaq üçün əllərindən gələni edirlər. Bəzi şeylər zamanla həllini tapır".

BAKU.WS