Fatih Terim Türkiyədən bu futbolçunu almaq istəyir
Yunanıstan kubokunun 16-cı turunun ilk oyununda Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" klubu doğma meydanda "Olimpiakos"la 1:1 hesablı heç-heçə edib.
BAKU.WS xəbər verir ki, klublar arasında cavab qarşılaşması yanvarın 17-də "Olimpiakos"un ev sahibliyi ilə baş tuatacaq.
Apostolos Nikolaidis stadionunda keçirilən qarşılaşmada "Olimpiakos" 45-ci dəqiqədə Sotirios Aleksandropulosun qolu ilə (1-0) önə çıxıab.
"Panatinaikos" bu qola 65-ci dəqiqədə Fotis İoannidislə cavab verib və matç 1:1 hesabı ilə yekunlaşıb.
Matçdan sonra "Panatinaikos"un baş məşqçisi Fatih Terim bildirib ki, "Fənərbaxça"dan Samet Akaydının transferi üzərində danışıqlar aparılır:
"Heyətdə çatışmazlıqlar var. Prezident və rəhbərlik çatışmazlıqlarımızı tamamlamaq üçün əllərindən gələni edirlər. Bəzi şeylər zamanla həllini tapır".
Oxşar xəbərlər
Yunanıstan mətbuatı çalxalanır: "Fatih Terim klubu çempion etməsə..."
Karyerasında son olaraq "Qalatasaray"ı çalışdıran baş məşqçi Fatih Terim təxminən 2 ildən sonra yaşıl meydanlara qayıdıb. Yunanıstan Superliqa komandalarından o...