SİZİN REKLAM BURADA!
055 213 76 73


“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.

BAKU.WS-in FIBA-nın rəsmi saytına istinadən məlumatına görə, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.

İlk “10-luq”da yer alan komandalar:

1. Kanada - 628,222

2. Çin - 591,292

3. “Neftçi” (Azərbaycan) - 543,813

4. ABŞ - 409,451

5. Fransa - 407,802

6. Almaniya - 383,461

7. İspaniya - 369,706

8. “Yuanda” (Çin) - 345,176

9. Niderland - 335,568

10. “Düsseldorf” (Almaniya) - 319,771

BAKU.WS