Arda Gülər ona ötürmə verməyən komanda yoldaşı ilə fotosunu paylaşıb bu sözləri yazdı - FOTO
Ötən gecə İspaniya Kral Kubokunda "Real Madrid"in heyətində ilk dəfə oyuna çıxan Arda Gülər sosial media hesabında komanda yoldaşı Niko Paz ilə fotosunu paylaşıb.
BAKU.WS xəbər verir ki, gənc futbolçu instaqram hesabında yayımladığı fotoya "Hər kəs sakit olsun" şərhini yazıb.
Sözügedən paylaşım izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, həmin oyunun bir epizodunda Niko Paz Ardaya ötürmə verməyib. Onun bu hərəkəti bəzi azarkeşlərin sərt reaksiyasına səbəb olmuşdu.
Qeyd edək ki, ötən il "Fənərbağça"dan "Real Madrid"ə transfer olan Arda 6.5 ay sonra ilk rəsmi matçına çıxıb. Oyuna start heyətdən başlayan futbolçu 59 dəqiqə meydanda qalıb.
Qalereya
Oxşar xəbərlər
6 ay yarımdan sonra "Real"da debüt edən Arda Gülər necə performans göstərib? - FOTO/VİDEO
Ötən gecə baş tutan İspaniya Kral Kubokunda "Real Madrid" "Estadio El Montecillo"da "Arandinanı" qəbul edib. Mövsümün əvvəlində “Fənərbağça”dan İspaniya nəhəngi...