SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən yüksək transfer dəyəri olan futbolçuları müəyyən edib.

BAKU.WS-in xəbərinə görə, hesabatda oyunçuların hazırkı klublarını tərk etsələr, transferlər üçün nə qədər pul ödənəcəyi qeyd edilib.

Açıqlanan siyahıya Madrid "Real"ında çıxış edən Cud Bellinqem başçılıq edir.

İlk 5-likdə İspaniya klubundan 3 futbolçu yer alıb.

Ən yüksək transfer dəyəri olan futbolçuları təqdim edirik:

Cud Bellinqem ("Real Madrid") - 267,5 milyon avro

Erlinq Haaland ("Mançester Siti") – 251,2 milyon avro

Vinicius Jr. ("Real Madrid") - 250,3 milyon avro

Rodriqo ("Real Madrid") - 247,9 milyon avro

Bukayo Saka ("Arsenal") - 223 milyon avro

Fil Foden ("Mançester Siti") – 195,8 milyon avro

Pablo Qavi ("Barselona") - 175,4 milyon avro

Julian Alvares ("Mançester Siti") - 164,7 milyon avro

Camal Musiala ("Bavariya") – 152,4 milyon avro

Martin Odeqaard ("Arsenal") - 150,6 milyon avro

BAKU.WS