VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə “Vüqar Həşimov Memorial-2023” superturnirində rapid yarışları başa çatıb.

Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə VII turun ilk gedişini Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov edib.

VII tur

Vidit Santoş (Hindistan) - Arjun Eriqaisi (Hindistan) 0,5-0,5

Aydın Süleymanlı (Azərbaycan) - Nicat Abasov (Azərbaycan) 1-0

Rauf Məmmədov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5-0,5

Teymur Rəcəbov (Azərbaycan) - Boris Gelfand (İsrail) 0-1

Yorden Van Forest (Niderland) - Riçard Rapport (Macarıstan) 1-0

VIII tur

Arjun Eriqaisi (Hindistan) - Riçard Rapport (Macarıstan) 1-0

Boris Gelfand (İsrail) - Yorden Van Forest (Niderland) 0,5-0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5

Nicat Abasov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan) 0,5-0,5

Vidit Santoş (Hindistan) - Aydın Süleymanlı (Azərbaycan) 1-0

IX tur

Aydın Süleymanlı (Azərbaycan) - Arjun Eriqaisi (Hindistan) 1-0

Rauf Məmmədov (Azərbaycan) - Vidit Santoş (Hindistan) 0,5-0,5

Teymur Rəcəbov (Azərbaycan) - Nicat Abasov (Azərbaycan) 0,5-0,5

Yorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 1-0

Riçard Rapport (Macarıstan) - Boris Gelfand (İsrail) 1-0

9 turdan sonra 11 xalı olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı yarış cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyiciləri hindistanlı Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forestdir. Onların 10 xalı var.

Qeyd edək ki, sabah yarışda blits üzrə partiyalar oynanılacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən məlum olacaq.

BAKU.WS
QALEREYA