"Yaprak Dökümü"nün Yamanı illər sonra TANINMAZ HALDA

Bir zamanların reytinqli serialı "Yaprak Dökümü"nün aktyoru Bülent Filin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, videosu yayılan aktyor onu sevənlərə salam göndərib.
"Salam. Mən Bülent Filəm. Bəlkə də məni "Yaprak Dökümü" serialından Yaman obrazı ilə tanıyırsınız. Məni izləyən və mənim bu yaşlı halımı görəndə təəccüblənməyən hərkəsə bol-bol salamlarımı göndərirəm" - deyə, Bülent bildirib.
Yamanın xarici görünüşü müzakirələrə səbəb olub.
Saç və saqqalın onun tamamilə dəyişdiyini və tanınmaz hala düşdüyünü qeyd ediblər.
Xatırladaq ki, "Yaprak Dökümü 2006-2010-cu illərdə yayımlanıb. Bülent Fil iş adamı Yaman obrazına həyat verib. Ceyda adlı qadının həyat yoldaşı olan Yaman sonda onun xəyanəti ilə üzləşir və ondan boşanır. Ceyda ona Yamanın yaxın dostu və ortağı Oğuzla xəyanət edir.


Oxşar xəbərlər
Putin və Netanyahu ilə telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, söhbət zamanı Yaxın Şərq...
