Vətən müharibəsi iştirakçısı vəfat etdi
05
iyl
2025
22:12
Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ucar rayon sakini, 1999-cu il təvəllüdlü Sübhan bu gün dünyasını dəyişib. O, aprel ayından komada idi.
Həkimlər onun kliniki ölüm keçirdiyini və yaşaması üçün kritik 72 saatın olduğunu qeyd etsələr də, S.Hüseynov yaşamaq uğrunda 81 gün mübarizə aparıb.
Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı Ucar Rayon Mərkəzi Xəstəxanasında "tükdönməsi" əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.
Mərhum doğulduğu kənd qəbiristanlığında dəfn olunub.
Oxşar xəbərlər
Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA
Bakıda böyrək daşı əməliyyatından sonra vəziyyəti ağırlaşan xəstənin yaxınları həkim səhlənkarlığından şikayətçidirlər. BAKU.WS APA TV-yə istinadən xəbər verir...