Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir başlayıb - FOTO

Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalqsuperturnir start götürüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, turnirdə 8 qrossmeyster qüvvəsini sınayır.
İlk turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə, Rauf Məmmədov hindistanlı Vişvanatan Anandla, Vüqar Əsədli ABŞ-dan olan Fabiano Karuana ilə qarşılaşır. Digər görüşdə isə rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport üz-üzə gəlirlər.
Vüqar Həşimov Memorialı
I tur
David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov
Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov
Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli
Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq.
Qalereya
Oxşar xəbərlər
Məmmədyarov Aronyanla heç-heçə sayəsində mərhələ adladı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib. BAKU.WS "Report"a is...
