14 ildən sonra münasibətləri bərpa etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya 14 illik fasilədən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Suriyaya səfəri vasitəsilə baş tutub.
Bildirilib ki, XİN başçısı buraya ilk səfəri çərçivəsində Suriya hökumətinə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, prezident Əhməd əş-Şaraa paytaxt Dəməşqdə İngiltərənin xarici işlər naziri Lammini qəbul edib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin də iştirak etdiyi görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...