SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Roberto Alisk futbolçunun yaxın karyera planlarından danışıb.

O, bildirib ki, Kadi Rusiyanı bəyənir və qışda yeni klub axtarmağı planlaşdırmır.

Qeyd edək ki, 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a keçib.

Onun transfer təzminatı 2 milyon avro təşkil edib.

Bu mövsüm futbolçu yeni klubunda bütün turnirlərdə 21 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.//oxu.az

BAKU.WS