Kadinin “Qarabağ”a qayıdıb-qayıtmayacağı dəqiqləşdi

30
noy
2023
23:23
Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Roberto Alisk futbolçunun yaxın karyera planlarından danışıb.
O, bildirib ki, Kadi Rusiyanı bəyənir və qışda yeni klub axtarmağı planlaşdırmır.
Qeyd edək ki, 27 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin yanvarında “Qarabağ”dan “Krasnodar”a keçib.
Onun transfer təzminatı 2 milyon avro təşkil edib.
Bu mövsüm futbolçu yeni klubunda bütün turnirlərdə 21 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.//oxu.az
Oxşar xəbərlər
Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb
Rusiyanın "Krasnodar" klubunda çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb. "Report"un məlumatına görə, bu ba...
