SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gecə Çempionlar Liqasının 5-ci həftəsində  "Mançester Yunayted"lə matçda əzimkar mübarizə aparan və 3-3 bərabərə qalan “Qalatasaray" qrupdan çıxma şansını saxlayır.

BAKU.WS xəbər verir ki, ölkəmizdə çoxlu sayda azarkeşi olan “CimBom” qrupdan çıxmaq üçün ölüm-qalım görüşünü Danimarkada keçirəcək.

"Qalatasaray" Çempionlar Liqasında qrupdan çıxmaq üçün "Kopenhagen"dən 3 xal almalıdır. Okan Burukun yetirmələri Danimarkadakı görüşdə qalib gəlsə, “Mançester Yunayted” – “Bavariya” matçının nəticəsindən asılı olmayaraq 1/16 finala yüksələcək.

“Qalatasaray”ı qrupdan çıxaran digər ehtimallar isə belədir:

“Mançester Yunayted” “Bavariya”nı məğlub etsə,  “Qalatasaray” isə “Kopenhagen”ə qalib gəlsə, “CimBom” növbəti mərhələyə yüksələcək, lakin “CimBom” heç-heçə etsə, ingilislər irəliləyəcək.

"Qalatasaray" heç-heçə edib, "Mançester Yunayted" "Bavariya" ilə xal itirsə, “sarı-qırmızılar” Avropa Liqasında mübarizəni davam etdirəcək.

“Qalatasaray” Kopenhagendə uduzsa, “Mançester Yunayted” “Bavariya”ya qalib gəlsə, “sarı-qırmızılar” Avropa ilə vidalaşacaq.

BAKU.WS