Çelenc Kuboku: Azərbaycan təmsilçisi ilk oyunda məğlub olub

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb.
Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.
Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.
Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).
Oxşar xəbərlər
Çelenc Kuboku: “Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazanıb
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb. Azərbaycan təmsilçisi turnirin 1/16 final mərhələsinin ilk oyununda...
