Musleranın yerinə “Qalatasaray”a argentinalı qapıçı gəlir - FOTO
“Qalatasaray” əfsanəsinə çevrilən 12 illik qapıçıdı Fernando Musleraya alternativ axtarışındadır.
BAKU.WS Sporx-a istinadən xəbər verir ki, 37 yaşlı uruqvaylı kapitanın ayrılacağı təqdirdə onun boşluğunu doldurmağa ən yaxın namizəd "Atalanta"nın 29 yaşlı argentinalı qapıçısı Xuan Mussodur.
Argentinalı qolkiperinin azı 5-6 il “Qalatasaray”ın 1 nömrəsi ola biləcəyi ehtimal edilir.
Ölkəsinin köklü klublarından olan “Rasinq”də böyüyən Musso 2018-ci ildə “Udineze”yə 4 milyon avroya, 2021-ci ildə isə “Atalanta”ya 20,5 milyon avroya transfer olunub.
Qeyd edək ki, Fernando Muslera rəhbərliyin yeni müqavilə təklifinə "Bura mənim evimdir. Ancaq gələcəyimlə bağlı qərarımı mövsümün sonunda verəcəyimi düşünürəm" deyib.
Qalereya
Oxşar xəbərlər
Musleranın "Beşiktaş"la matçda etdiyi bu hərəkəti böyük səs-küyə səbəb oldu - FOTO
Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qolkiperi Fernando Musleranın "Beşiktaş"la matçda hərəkəti böyük səs-küyə səbəb olub. BAKU.WS Türkiyə mətbuatına is...