VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Qarabağ" - "Anderlext" qarşılaşmasının biletləri satışa çıxır.
 
BAKU.WS-in məlumatına görə, Avropa Liqasının qrup məhələsinin II turu çərçivəsində Belçika nəhəngini qəbul edəcək komandamız doğma divarlar arasında ilk oyununa çıxır.

Biletlər oktyabrın 28-i səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılır.

Biletlər nömrəli sektorlar üzrə 2,3,5, 8,10, 15 və 20 AZN, VİP 50 AZN-dir.

"Qarabağ" Futbol Klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır. 
 
Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçının biletləri əvvəlki oyunlar üçün satışa çıxarılan bilet qiymətlərindən təxminən 2 dəfə baha satışa çıxarılıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS