Kim Çen In hərbi kəşfiyyatın gücləndirilməsi üçün radikal göstəriş verdi
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi kəşfiyyat və məlumat toplama imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi barədə göstəriş verib.
BAKU.WS xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Kim Çen In hərbi kəşfiyyatın fəaliyyətinin daha effektiv təşkil olunmasını və bu sahədə imkanların "radikal" şəkildə artırılmasını hədəfləyir. Bildirilir ki, Qərb kəşfiyyat orqanlarının Şimali Koreyanın potensialını kifayət qədər qiymətləndirməməsi Pxenyanın xeyrinə işləyən amillərdən biri hesab olunur.
Məqalədə qeyd edilir ki, Şimali Koreyanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı məhduddur, geniş casus şəbəkəsinə və inkişaf etmiş peyk sisteminə malik deyil. Buna baxmayaraq, ölkənin alternativ üsullara üstünlük verdiyi vurğulanır.
Cənubi Koreya ordusunun istefada olan generalı Çun İn-bumun sözlərinə görə, Şimali Koreya beynəlxalq etik normalarla məhdudlaşmadığı üçün kəşfiyyat fəaliyyətini əsasən kiberhücumlar və məlumatların oğurlanması hesabına genişləndirə bilər.
Məlumatda həmçinin bildirilir ki, Pxenyan Rusiya və Çinlə əməkdaşlığını davam etdirir, müxtəlif sahələrdə qarşılıqlı təcrübə və texnologiya mübadiləsi aparır.
Oxşar xəbərlər
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müəyyən səbəblərə görə heç bir şəxs və ya qurumla əlaqə saxlamadığı iddia olunub. BAKU.WS xəbər verir ki, bu bar...