Çində sel faciəsi: Ölən və yaralananlar var

Çində sel faciəsi: Ölən və yaralananlar var
Dünya 15

Çinin şimal-qərbində yerləşən Qansu əyalətində leysan yağışların yaratdığı sel fəlakəti insan tələfatına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qansu əyalətinin Dinsi şəhəri və ətraf ərazilərində baş verən qəfil sel nəticəsində azı 10 nəfər həyatını itirib, daha 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Rəsmilərin məlumatına görə, Dinsi şəhəri yaxınlığında düşərgə quran turist qrupu sel suları səbəbindən təhlükəli vəziyyətdə qalıb. Onların xilas edilməsi üçün əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub.

Hazırda bölgədə xilasedicilər itkin düşən şəxslərin axtarışını davam etdirir, eyni zamanda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər