İordan çayının Qərb sahilində toqquşmalar şiddətləndi
İordan çayının Qərb sahilində Fələstin müqavimət qrupları ilə İsrail ordusu arasında gərgin qarşıdurmalar davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri Qərb sahilində yerləşən bir çox şəhər və kəndə giriş-çıxışı məhdudlaşdırıb. Eyni zamanda, fələstinlilərin həm İsrail hərbçilərinin, həm də yəhudi məskunlaşanların hücumlarına məruz qaldığı bildirilir.
Telekanalın yaydığı məlumata əsasən, Ramallah şəhərinin şimalında yeni yəhudi məskunlaşma məntəqəsinin yaradılması istiqamətində işlər aparılır.
Bununla yanaşı, Qərb sahilində son bir həftədir yanacaq çatışmazlığı yaşandığı, çoxsaylı fələstinlilərin əməkhaqqının ödənilmədiyi və bir sıra məktəblərin fəaliyyətini dayandırdığı qeyd olunur.
Məlumata görə, toqquşmalar Nablus, Xevron, Huvara, Beyt-Furik şəhərlərində, Əl-Maniyə kəndinin qərbində yerləşən Əl-Qarn bölgəsində, Masafer-Yatta ərazisində və digər yaşayış məntəqələrində qeydə alınıb.
Həmçinin İsrail qüvvələrinin Əl-Ərrub qaçqın düşərgəsində reydlər keçirdiyi, əməliyyat zamanı odlu silahdan, tüstü şaşkalarından və səs-küy qumbaralarından istifadə etdiyi bildirilib.
Oxşar xəbərlər
Çində sel faciəsi: Ölən və yaralananlar var
Çinin şimal-qərbində yerləşən Qansu əyalətində leysan yağışların yaratdığı sel fəlakəti insan tələfatına səbəb olub. BAKU.WS xəbər verir ki, bu barədə Çin mətbu...