İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müəyyən səbəblərə görə heç bir şəxs və ya qurumla əlaqə saxlamadığı iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Xameneinin qaynatası Qulaməli Həddad Adil İran Tələbə Xəbər Agentliyinə (ILNA) açıqlamasında danışıb.
Onun sözlərinə görə, İran lideri bəzi səbəblərdən hazırda heç bir şəxs və ya qurumla birbaşa ünsiyyət qurmur. Adil bunun səbəbləri barədə əlavə məlumat verməyib.
Qulaməli Həddad Adil həmçinin bildirib ki, Xamenei xarakter və davranış baxımından atasına çox bənzəyir.
Xameneinin səhhəti ilə bağlı yayılan iddialara da toxunan Adil, "İnşallah, səhhəti yaxşıdır", - deyə bildirib.
Qeyd edək ki, son dövrlər İran liderinin sağlamlıq durumu və ictimai fəaliyyətinin məhdudlaşması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Rəsmi Tehran isə bu məlumatları təsdiqləməyib.
Oxşar xəbərlər
Kim Çen In hərbi kəşfiyyatın gücləndirilməsi üçün radikal göstəriş verdi
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi kəşfiyyat və məlumat toplama imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi barədə göstəriş verib. BAKU.WS xəbə...