Əhməd Şara: Lübnanda yaranacaq xaos Suriyaya da təsir edəcək
Suriya Prezidenti Əhməd Şara bildirib ki, Livanda yarana biləcək istənilən qeyri-sabitlik birbaşa Suriyaya təsir göstərəcək.
BAKU.WS xəbər verir ki, o, bu barədə Qətər mətbuatına müsahibəsində danışıb.
Şara vurğulayıb ki, Suriyanın Livana hərbi müdaxilə etmək niyyəti yoxdur. Onun sözlərinə görə, Dəməşq Livan hökuməti ilə birlikdə ölkədə yaranmış vəziyyətdən çıxış yollarının tapılması istiqamətində əməkdaşlıq edir.
Suriya Prezidenti hesab edir ki, Livandakı böhranın həlli yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır. O qeyd edib ki, silahlı qüvvələrdən istifadə, eləcə də müharibə və sülhlə bağlı qərarların qəbulunda yeganə səlahiyyət sahibi dövlət olmalıdır.
Əhməd Şara İsraillə hərbi qarşıdurmadan yayınmağa çalışdıqlarını da bildirib. Onun sözlərinə görə, belə bir münaqişə Suriyaya heç bir fayda gətirməyəcək.
Prezident əlavə edib ki, bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində iş aparılır. O vurğulayıb ki, mümkün razılaşma Suriyanın işğal altında olan Colan təpələri üzərindəki hüquqlarından imtina etmədən regionda genişmiqyaslı sülh üçün zəmin yarada bilər.
Oxşar xəbərlər
Kim Çen In hərbi kəşfiyyatın gücləndirilməsi üçün radikal göstəriş verdi
Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi kəşfiyyat və məlumat toplama imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi barədə göstəriş verib. BAKU.WS xəbə...