SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah əlimizə düşən imkanlardan yararlanmalıyıq".

"Report"un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis əvvəlki bütün qarşılaşmalarda tam güclərini qoyduğunu bildirib: "Güclü kollektivlə oynayacağıq. Çox inkişaf etmişik, amma daha çox çalışmalıyıq. Biz artıq öz oyunumuzu tapmışıq. Astriya və Belçika ilə evdəki görüşlərdə də yaxşı çıxış etmişdik. Buna baxmayaraq imkanlardan yararlana bilmədik. İsveçlə ev qarşılaşmasında isə bunu bacardıq. Sabah eyni intensivliyi davam etdirməli və imkanlarımızdan yararlanmalıyıq. Birinci matçda bunu bacarmadıq. Amma evdə rəqibimizdən çəkinmədik".

İtaliyalı baş məşqçi müqaviləsinin başa çatmasına da toxunub: "Bu, hazırda məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm".

De Byazi start heyəti sabah müəyyənləşdiricəyini sözlərinə əlavə edib. O, Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AVRO-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: "Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, amma həyatda heç nəyi bilmək olmaz.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

BAKU.WS