SİZİN REKLAM BURADA!
055 213 76 73


***"Neftçi" yoxlama oyununda "Zenit"ə qalib gəlib. 

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə hesab açılıb.

“Neftçi Arena”da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Reziuan Mirzov rəqibi məyus edib.

Rusiyalı futbolçu 9-cu dəqiqədə adını tabloya yazdırıb.

***21:01

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşü başlayıb.

“Neftçi Arena”da keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Matçı FİFA referisi Rauf Cabarov idarə edir.

Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

***21:21

Yoxlama görüşündə üz-üzə gələcək “Neftçi”nin və Rusiyanın “Zenit” klubunun start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor

Baş məşqçi: Sergey Semak

Qeyd edək ki, bu gün “Neftçi Arena”da gerçəkləşəcək görüş saat 21:00-da başlayacaq. Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

BAKU.WS