“Real” formasını bir dəfə belə geyinə bilmədi - Arda Gülər Türkiyəyə QAYIDIR
18
noy
2023
09:55
Türkiyənin “Fənərbaxça” klubundan getdiyi “Real Madrid”də 4 ayda 3 dəfə zədələnən Arda Gülər Türkiyəyə qayıdır.
BAKU.WS xəbər verir ki, bu barədə iddia Türkiyə mətbuatında yayılıb.
Bildirilib ki, “Fənər” Ardanı icarə ilə heyətinə qatmaq üçün İspan nəhənginin qapılarını döyüb.
“Bənövşəyi-ağlar”ın prezidenti Florentino Peres təklifə müsbət baxmasa da, transfer dövrünə qədər fikrinin dəyişə biləcəyi ehtimal edilir.
Xatırladaq ki, 4 aydır “Real Madrid”ə transfer olunan Arda Gülər bu müddətdə bir dəfə belə meydana daxil olmayıb.
Oxşar xəbərlər
“Real”da heyətə düşməyən Arda göz yaşlarına boğuldu: “Nə vaxt oynamaq istəsəm…” - FOTO
Türkiyənin “Fənərbaxça”klubundan İspaniya nəhəngi “Real Madrid”ə transfer olan Arda Gülər üçüncü dəfə zədələnməsindən danışıb. BAKU.WS xarici KİV-ə istinadən xə...