SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi səfərə yollanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, yığma üzvləri çarter reysi ilə sözügedən ölkəyə gediblər.

AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da səfərə yollanıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS