SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

***22:48

Azərbaycan millisi Bakıda İsveç yığmasına qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyununda üçüncü qolu vurub.

Emin Mahmudov 89-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Yarımmüdafiəçi uzaq məsafədən baxımlı qola imza ataraq hesabı 3:0 edib.

***22:05

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci hissə başlayıb.

Yığmamız 2:0 hesabı ilə öndədir.

Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.

***21:46

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.

Yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.

Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.

***21:10

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib - 2:0.

6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.

***21:05

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız 3-cü dəqiqədə rəqibi məyus edib.

Kapitan Emin Mahmudov Renat Dadaşovun ötürməsindən sonra adını tabloya yazdırıb.

***20:00

Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.

Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.

***20:09

AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

Baş məşqçi: Yanne Anderson

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.

BAKU.WS