SİZİN REKLAM BURADA!
055 213 76 73


İndiyədək AVRO-2024-ə vəsiqəni 9 ölkə təmin etməyi bacarıb.

BAKU.WS həkim ölkələri təqdim edir.

9. Şotlandiya

İspaniya və Norveç kimi iki güclü rəqiblərini üstələməyi bacaran Şotlandiya millisi 4-cü dəfə Avropa çempionatına qatılacaq. Əvvəlki 3 iştirakında qrupdan çıxa bilməyən şotlandlar bu dəfə daha da irəli getmək istəyəcəklər.

8. Avstriya

Azərbaycanla səfərdə bir qolluq qələbə qazanmağı bacaran Avstriya F qrupunda Belçikadan sonra AVRO-2024-ə vəsiqəni təmin edən ikinci komanda olub. Ralf Rangnikin yetirmələri 7 görüşdə 16 xal toplayaraq, ölkəsini 4-cü dəfə Avropa çempionatına aparmağı bacarıb.

7. Belçika

Seçmə mərhələdə oynadığı 6 matçın 5-də ən böyük ulduzu Kevin De Bruynedən yararlana bilməyən Belçika seçmə mərhələlərin bitməsinə 2 matç qalmış AVRO-2024-ə bileti təmin edə bilib.

6. Portuqaliya

Portuqaliya millisi seçmə mərhələnin bitməsinə 3 oyun qalmış AVRO-2024-ə vəsiqəni təmin edib. Slovakiyaya qarşı ouyunda 3:2 hesablı qələbə qazanan komandada 2 qol vuran Kriştiano Ronaldo AVRO-2024-də oynamaq istədiyini matçdan sonra açıqlayıb. Ulduz futbolçu Bosniya-Hersoqovina ilə matçda da 2 qol vurmağı bacarıb. Turnir oynanılanda 39 yaşı olacaq Ronaldo, heyətə düşsə, 2016-cı ildən sonra ölkəsi ilə daha bir Avropa çempionu etmək istəyəcək.

5. İngiltərə

UEFA 2024 Avropa Çempionatı seçmələri C qrupunda 6 matçda 5 qalibiyyət və 1 heç-heçə əldə edən İngiltərə, turnirə qatılmağa zəmanət verib. Qrupda sonuncu dəfə İtaliyaya 3:1 hesabı ilə qalib gələn İngiltərə iki il əvvəl finalda çıxış etdiyi çempionatda bu dəfə çempionluq sevincini yaşamaq istəyir.

4. Fransa

UEFA 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin B qrupunda 6 oyunun hamısında qalib gələn Fransa seçmə mərhələnin bitməsinə 2 oyun qalmış turnirdə iştirakını təmin edib. Qrupda sonuncu dəfə Hollandiyaya 2:1 hesabı ilə qalib gələn mavilər, qələbə qollarını vuran Kilian Mbappenin rəhbərliyi altında AVRO-2024-də çempionluğu hədəfləyir.

3. Almaniya

Avro-2024-ün ev sahibi Almaniya seçmə mərhələdə meydana çıxmadan birbaşa turnirdə iştirak edəcək. Ötən ay Yaponiyaya qarşı ağır məğlubiyyətdən sonra Hansi Fliklə yollarını ayıran Panzers Julian Nagelsmannı baş məşqçi təyin etdi. İştirak etdiyi hər turnirdə uğur qazanmağı qarşısına məqsəd qoyan almanların yeni məşqçisi ilə ev turnirində necə çıxış edəcəyi maraq doğurur.

2. İspaniya

Son Avropa çempionatının yarımfinalçılarından olan İspaniya Norveçi məğlub edərək AVRO-2024-ə vəsiqəni qazanıb. Daha əvvəl 3 dəfə Avropa çempionu olan ispanlar 4-cü qələbəsinə namizəddir.

1. Türkiyə

Türkiyə millisi Latviyaya 4 qolla qalib gələrək ardıcıl 3-cü dəfə Avropa çempionatına vəsiqə qazanıb. Vinçenzo Montella vəzifəyə gəldikdən sonra əvvəlcə Xorvatiyanı səfərdə, sonra isə evdə Latviyanı məğlub edən qardaş ölkə yığmasımın  hədəfi AVRO-2024-dür.

BAKU.WS