Ali Koç barəsində cinayət işi açıldı
16
noy
2023
10:54
“Fənərbağça” klubunun prezidenti Ali Koç barəsində təhqiramiz ifadələr işlətmək ittihamı ilə cinayət işi açılıb.
Bu barədə "haber7" portalı məlumat yayıb.
Ali Koç barəsində iddianı Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurasının sədri Əhməd İbanoğlu qaldırıb.
Qeyd edək ki, "Fənərbağça"nın prezidenti Ali Koç 5 noyabr 2023-cü ildə keçirilən klub toplantısında Əhməd İbanoğlu barəsində, “Onun xasiyyəti zəifdir, şəxsiyyətsizdir. Vəzifəsi üçün hər şeyi edə bilər. Bu faktdır, rəy deyil, məlumatdır", - deyə ifadələr işlədib.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...