SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qalatasaray”ın gənc ulduzu Kerem Aktürkoğlu bir sıra prestijli komandaların diqqət mərkəzindədir.

BAKU.WS xəbər verir ki, bu barədə iddia SkySportda yer alıb.

Belə ki, ötən mövsüm "Qalatasaray"ın çempionluğunda böyük rol oynayan və bu mövsüm də eyni performansını davam etdirən Kerem Aktürkoğlu xüsusilə Çempionlar Liqası matçlarında göstərdiyi performansla diqqət çəkib.

Mauro İkardi ilə həmahəngliyi və qol vurmaqda məhsuldarlığı sayəsində Avropa klublarının transfer iştahını oyandıran “Sehirbaz”ın talibləri artır.

Qeyd olunub ki, Aktürkoğlu yayda klubdan ayrılmağa müsbət yanaşır.

BAKU.WS
QALEREYA