SİZİN REKLAM BURADA!
055 213 76 73


Avroliqanın qrup mərhələsində “Qarabağ”a rəqib olan “Bayer Leverkuzen” baş məşqçisi Xabi Alonso ilə müqaviləni 2026-cı ilə qədər uzadıb.

BAKU.WS xəbər verir ki, alman komandası adı "Real Madrid"lə hallanan ispan çalışdırıcının müqaviləsinə “bənövşəyi-ağlar” istisna olmaqla, 15-18 milyon avroluq sərbəst qalma məbləği olan maddə əlavə edib.

Buna səbəb, mövsümün sonunda Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşan "Real Madrid"in Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsoya göz dikməsidir. İspaniyalı çalışdırıcı ilə yeni müqavilə imzalayan Almaniya komandası "Real Madrid"ə gedəcəyi təqdirdə məşqçisinin müqaviləsinə xüsusi bənd daxil edib.

Qeyd edək ki, Bundesliqada liderlik kürsüsündə olan "Bayer Leverkuzen" "Bavariya"nı 3 xal qabaqlayır. Almaniya klubu Alonsonun rəhbərliyi altında 54 oyun keçirib. “Bayer Leverkuzen” bu görüşlərdə 33 qələbə, 11 heç-heçə və 10 məğlubiyyət əldə edib. İspan məşqçi Leverkuzenlə orta hesabla 2,04 xal toplayıb. 

BAKU.WS