Mehman Məmmədov: "Bakıda döyüşmək böyük məsuliyyət idi"

Mehman Məmmədov: Bakıda döyüşmək böyük məsuliyyət idi
İdman 16

"Yarış yaxşı keçdi. Doğma azarkeşlər önündə döyüşmək böyük məsuliyyət idi".

"Report"un məlumatına görə, bunu "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində Türkiyə təmsilçisi Ferit Göktepeyə qalib gələn Mehman Məmmədov deyib.

O, qarşılaşmanı tez bitirmək istədiyini, lakin bunun alınmadığını söyləyib: "Rizin"də qalib mübarizəyə burada davam etmək istəyirəm".

Məmmədov Bakıda döyüşməyin tamam fərqli hiss olduğunu sözlərinə əlavə edib.

MMA döyüşçüsü Vüqar Kərəmovun kəmər döyüşündə məğlub olması haqqında da danışıb: "O, rəqibindən çox güclüdür. İdmanda belə hallar da olur. İnanıram ki, kəməri yenidən onlardan alacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər